Avq
2014
12:23
35
21
922
Virtual karabakh

Mobil rabitə üzrə gəlirlər artıb

5 Avq, 2014
12:23
922

Mobil rabitə üzrə gəlirlər artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 5 ildə abunəçilərin sayı 50% çoxalıb.

Azərbaycanda son 5 il ərzində mobil sektor üzrə gəlirlər 30%, abunəçi bazası isə 50% artıb. 2013-cü ildə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 17,4% artaraq 1150,6 milyon ABŞ dollarına çatıb. Mobil sahədə əldə olunan gəlirlər telekommunikasiya sektorunun 64,6%-ni təşkil edir. Mobil telefon rabitəsi xidmətləri ölkənin əhali yaşayan ərazisini tam əhatə edir və bu, regionda 100 faizlik ilk nəticədir.

Oxu.Az xəbər verir ki, bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda yer alıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, mobil rabitə sektorda dinamik inkişaf edən sahədir:

“Ölkənin İKT sektorunda mobil rabitə həm gəlirlərdəki payına, həm da inkişaf tempinə görə aparıcı mövqeyə malikdir. Mobil rabitə sahəsində GSM standartında 3 mobil operator fəaliyyət göstərir. Hazırda ölkədə 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-dur. Bu da dünya orta göstəricisindən 14,3% çoxdur”. Ölkədə mobil genişzolaqlı internet bazarı da sürətli inkişaf mərhələsindədir. 2009-cu ildən “3G” texnologiyasının, 2012-ci ildən etibarən isə “4G” texnologiyasının tətbiqinə başlanılıb. 2013-cü ildə mobil abunəçilərin 41%-i həm də mobil geniszolaqlı internet istifadəçisi olub.

Qeyd edək ki, 2013-cü ildə İKT sektorunda əldə olunmuş gəlirlərin 1 782,0 milyon dolları və ya 89,1%-i telekommunikasiya sektorunun payına düşür. 2013-cü ildə telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 64,6%-i mobil rabitə, 20,3%-i sabit şəbəkə, 7,2%-i isə internet sahəsi üzrə formalaşıb. Telekommunikasiya sektorunun inkişafının əsas hərəkətverici qüvvəsi rolunda mobil rabitə və internet xidmətləri çıxış edir.

Belə ki, 2013-cü ildə real artım tempi internet bazarında 45%, mobil sektorda 17,4% olub”.

Gülnarə Zeynalova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri