13 
Fev
2020
09:50
30
38
1783
Virtual karabakh

Biznes üçün təlim və məsləhət xidmətləri Xaçmaz KOB İnkişaf Mərkəzində

13 Fev, 2020
09:50
1783

Biznes üçün təlim və məsləhət xidmətləri Xaçmaz KOB İnkişaf Mərkəzində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarları (KOB) və biznesə başlamaq istəyənləri KOB İnkişaf Mərkəzinin xidmətlərindən yararlanmağa dəvət edir. 

Xaçmaz KOB Evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların maarifləndirilməsi, təlimlərin, seminarların və təcrübə proqramlarının təşkili üzrə xidmətlər təqdim olunur.

2020-ci ildə KOB İnkişaf Mərkəzi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda KOB subyektləri üçün 150-dən çox təlim və netvörkinq, müxtəlif məsləhət xidmətlərinin göstərilməsi, yeni KOB subyektlərinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, bu il Bakıda və ölkə regionlarında daha üç KOB İnkişaf Mərkəzinin yaradılması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri