19 
Fev
2020
15:19
47
83
4261
Virtual karabakh

Nazir müavinindən Azərbaycanda xüsusi təyinatlı avtomobil istehsalı AÇIQLAMASI

19 Fev, 2020
15:19
4261

Nazir müavinindən Azərbaycanda xüsusi təyinatlı avtomobil istehsalı AÇIQLAMASI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qorki Avtomobil Zavodu” ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə zavodun tikintisi yekunlaşmaq üzrədir”. 

Bunu Oxu.Az-a açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. 

Nazir müavininin sözlərinə görə, zavoda avadanlıq sifariş verilib:

“Yaxın vaxtlarda avadanlıq gələcək və quraşdırılacaq. Mart ayına kimi avadanlığın quraşdırılması prosesi başa çatacaq. Test rejimində avadanlığın işlədilməsi və yığım işlərinə başlanılması gözlənilir. İşlər sürətlə getsə, bu il zavodda ilk məhsul buraxıla bilər”. 

Qeyd edək ki, ötən ilin fevralın 9-da kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Zavodun dəyəri 14 mln. manatdır. Burada ildə təxminən 1000 ədəd “QAZ” markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq. Zavodda 100 nəfərin işlə təminatı nəzərdə tutulur.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri