31 
Mar
2020
15:24
146
58
3855
Virtual karabakh

İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

31 Mar, 2020
15:24
3855

İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi ölkəmizdə koronavirus pandemiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat vəsait köçürüb. 

Bu barədə Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, İqtisadiyyat Nazirliyinin və qurumlarının əməkdaşları bu sosial təşəbbüsü əməkhaqqı və könüllü ianələri hesabına dəstəkləyiblər.

Sosial aksiyaya Nazirliyin aparatı və regional bölmələri, Nazirlik yanında Dövlət Vergi, Əmlak Məsələləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidmətləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Təmiz Şəhər” ASC, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO və s. qurumlar qoşulublar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri