3 
Apr
2020
12:58
88
35
1518
yuxarı
Azərbaycan BMT-nin COVID-19-la mübarizə qətnaməsinin tərəfdarlarından biri oldu
3 Apr, 2020
12:58
1518
88
35
Azərbaycan BMT-nin COVID-19-la mübarizə qətnaməsinin tərəfdarlarından biri oldu
BMT Baş Assambleyasının bütün ölkələri COVID-19-a qarşı mübarizədə birləşməyə çağıran qətnaməsini Azərbaycan da qəbul edib.
“RİA Novosti” bu barədə BMT-nin məlumatına istinadən xəbər verib.
Bildirilir ki, qətnaməni qəbul edən ölkələr arasında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və s. dövlətlər də var.
BMT Baş Assambleyası ölkələri elmi təcrübə və qabaqcıl müalicə metodları ilə bağlı məlumat mübadiləsinə çağırıb.
Qurumun məlumatında koronavirusdan yaxınlarını itirənlərə başsağlığı verilib, xəstəliyə qarşı mübarizə aparan həkimlərə, elm adamlarına və digər işçilərə minnətdarlıq və dəstək bildirilib.