Apr
2020
20:27
177
166
3574
Virtual karabakh

“AzerGold” QSC alternativ yolla daşınma üçün müraciət edə bilər

“Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin rejimində bəzi dövlət əhəmiyyətli və həyat təminatı obyektləri, habelə bəzi xüsusi müəssisələr fəaliyyətini fasiləsiz rejimdə davam etdirir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti də bu siyahıda yer alır və hasilat işlərini Operativ qərargahın tələb və tövsiyyələrinə uyğun qaydada aparır”.

Bu fikri “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev QSC-nin pandemiya ilə əlaqədar məhdudiyyətlərin qoyulduğu bir dövrdə hasilat və ixrac fəaliyyətinin tənzimlənməsi ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verərkən deyib.

O bildirib ki, istər hasilat, istərsə də satış əməliyyatları ötən aylarda plandan daha artıq həyata keçirilib:

“Bunun nəticəsidir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkələrarası müntəzəm uçuşlara məhdudiyyətlərin qoyulduğu, ixracın həyata keçirilmədiyi dövrdə də hasilatın və digər fəaliyyətlərin tam gücü ilə bir müddət davam etdirilməsi üçün maddi resurslar mövcuddur”.

A.Tarverdiyev bildirib ki, “AzerGold” QSC tərəfindən ixrac əməliyyatları həyata keçirilirmir:

“Cəmiyyətin hasil etdiyi metalların daşınması xidmətini həyata keçirən ixtisaslaşmış beynəlxalq logistika şirkəti pandemiya səbəbindən müntəzəm uçuşlar dayandırıldığı üçün xidmət göstərə bilmir. Ümid edirik ki, sözügedən şirkət qısa zaman kəsiyində xidmətə başlayacaq. Əks halda, Cəmiyyət alternativ yolla daşınma üçün müraciət edəcək. Bu isə müvafiq çarter reyslərinin təşkil edilməsi deməkdir. Çarter təyyarə reyslərinin təşkil edilməsi indiki halda kifayət qədər böyük vəsait tələb edir və  5-6 dəfə daha artıq izafi xərclər deməkdir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri