21 
Apr
2020
18:15
232
197
11510
Virtual karabakh

“Azerlight”la bağlı təhlükə yoxdur - VİDEO

21 Apr, 2020
18:15
11510

“Azerlight”la bağlı təhlükə yoxdur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azerlight” markalı neftlə bağlı hal-hazırda təhlükə gözlənilmir.

Bunu SOCAR sözçüsü İbrahim Əhmədov Baku TV-nin “Xəbər” buraxılışında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ-da neft anbarları tamamilə dolub: “Neft anbarlarının dolmasının əsas səbəblərindən biri budur ki, ABŞ-da çıxarılan neftin maya dəyəri yüksəkdir. Onu hazırda mümkün qədər satmamağa çalışırlar. Çünki maya dəyərindən çox ucuz satılar.

Bizim neftimizin satılmasında kommersiya baxımından problem yoxdur. Çünki maya dəyərindən yüksək satılır. Tarix ərzində Azərbaycan neftinin ən aşağı düşdüyü hədd 1 apreldə olub. Həmin gün qiymət 16,5 dollar idi. Bu yenə də onun maya dəyərindən xeyli yüksəkdir. Və beləliklə neftimizin satışı ilə bağlı bir problem yoxdur”.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri