29 
Apr
2020
12:32
22
115
2428
Virtual karabakh

“Xalq Bank” ilin ilk rübünün yekunlarını açıqladı

29 Apr, 2020
12:32
2428

“Xalq Bank” ilin ilk rübünün yekunlarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin 31 mart tarixinə “Xalq Bank”ın cəmi aktivləri 2,282 mlrd. manat təşkil edib. Bu isə ötən ilin birinci rübünün yekunu ilə müqayisədə, 3,09% və ya 68,52 mln. manat daha artıqdır.

Qeyd olunan tarixə Bankın müştərilərə verdiyi kreditlərinin həcmi isə 14,18% və ya 206,85 mln. manat artaraq, 1,665 mlrd. manata çatır. Bankın depozit portfelinin həcmi 2020-ci ilin I rübünün sonuna 7,59% və ya 109,37 mln. manat artaraq, 1,55 mlrd. manat təşkil edib.

Faiz gəlirləri müvafiq dövrlə müqayisədə 0,22 mln. artaraq, 27,567 mln. manat, faiz xərcləri isə 0,89 mln manat azalaraq 4,875 mln. manat, qeyri-faiz gəlirləri 5,105 mln manat artaraq, 7,88 mln. manat, qeyri-faiz xərcləri kiçik artımla 11,52 mln. manat təşkil edib.

Beləliklə, ilin ilk rübü ərzində Bank 9,04 mln. manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin analoji dövrünə olan göstəricidən 25,6% yüksəkdir. Bankın 1 aprel 2020-ci il tarixinə cəmi kapitalı 421 mln. manat təşkil edib. 

Azərbaycanın ən böyük özəl banklarından biri olan “Xalq Bank” Moody’s Investors Service beynəlxalq reytinq agentliyinin reytinqlərinə malikdir. Bank doqquz paytaxt, 21 bölgə filialı vasitəsi ilə ölkədə bank xidmətləri göstərir. 

Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.xalqbank.az saytına, və yaxud 138 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri