İyn
2020
11:43
124
32
1994
Virtual karabakh

Ölkədə kartla əməliyyatlar iki dəfəyə qədər azalıb

1 İyn, 2020
11:43
1994

Ölkədə kartla əməliyyatlar iki dəfəyə qədər azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub.

Oxu.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə “İxrac İcmalı”nın 2020-ci ilin may sayı ilə bağlı keçirdiyi canlı yayımda deyib.

O bildirib ki, bu ilin aprel ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 19,7 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 80,91% azalma deməkdir.

Ümumilikdə, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 231,7 milyon manat təşkil edib. Bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 143,1 milyon manat və ya 38,18% azalma deməkdir.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri