29 
İyl
2020
16:39
176
31
2568
Virtual karabakh

ABŞ-da müttəfiqlərin Rusiya yanacağından asılılığını azaltmaq üçün təklif

29 İyl, 2020
16:39
2568

ABŞ-da müttəfiqlərin Rusiya yanacağından asılılığını azaltmaq üçün təklif

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinə Vaşinqtonu Avropa İttifaqı və NATO müttəfiqlərinə Rusiya yanacağından asılılığını azaltmaq üçün qaz tədarükünü artırmağa çağıran qanun layihəsi təqdim edilib.

RT xəbər verir ki, qanun layihəsi konqresmenlər Kerol Miller və Devid Makkinli tərəfindən hazırlanıb.

Layihədə qeyd edilir ki, ABŞ-ın qaz ixracının artırılması onun tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verəcək.

Qanun layihəsinin müəllifləri iddia edirlər ki, Rusiya ABŞ-ın müttəfiqlərini “təhdid etmək” üçün yanacaq ehtiyatlarından geosiyasi silah kimi istifadə edir. Bununla əlaqədar olaraq, dövlətlər Moskvanın iqtisadi və siyasi “təsirinin” azaldılmasına kömək etməlidirlər:

“Enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. ABŞ-ın enerji ixracatının genişlənməsi Avropa üçün daha böyük təhlükəsizliyin təmin olunmasına kömək edəcək”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri