Avq
2020
17:53
56
131
3880
Virtual karabakh

Büdcədə ÜDM azaldılır - RƏSMİ

4 Avq, 2020
17:53
3880

Büdcədə ÜDM azaldılır - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması məqsədilə hazırlanmış müvafiq sənəd və məlumatlarda ümumi daxili məhsulun (ÜDM) cari il üçün göstəricisi konkret olaraq göstərilməyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı hazırladığı rəydə yazılıb.

Bildirilib ki, təqdim olunmuş izahatda büdcə gəlirlərinin ÜDM-ə nisbətinin 35,3 faiz olması qeyd edilib.

“Aparılmış hesablamalar 2020-ci il üçün ÜDM-in nominal ifadədə 68 milyard 339 milyon 900 min manat nəzərdə tutulduğunu göstərir. Eyni zamanda, real ifadədə ÜDM-in 5 faiz azalacağı proqnozlaşdırılıb”.

Beləliklə, ÜDM-in nominal ifadədə proqnozu 14 milyard 981 milyon 600 min manat, artım tempi isə səkkiz faiz bəndi azaldılıb. Əvvəlki proqnozda 3 faiz artım nəzərdə tutulmuşdu.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri