Avq
2020
11:54
14
133
2096
Virtual karabakh

SOCAR “Petrofac” ilə Azərbaycanda dəstək xidmətləri üzrə saziş imzalayıb

7 Avq, 2020
11:54
2096

SOCAR “Petrofac” ilə Azərbaycanda dəstək xidmətləri üzrə saziş imzalayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-ın törəmə şirkəti olan "SOCAR Midstream Operations Limited" və "Petrofac" şirkətinin mühəndislik və hasilat xidmətləri bölməsi Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunun ötürülməsinə dəstək xidmətləri üzrə saziş imzalayıblar.

SOCAR-dan verilən məlumata görə, SOCAR Cənubi Qafqaz Boru kəmərinin texniki operatorluğunu BP-dən təhvil aldığına görə yeni saziş əməliyyat aktivlərinin təhvilinə dəstək xidmətlərini nəzərdə tutur.

Bu çərçivədə görüləcək işlərə keçid prosesləri zamanı qaz boru kəmərlərinə və digər obyektlərə texniki baxışın keçirilməsi, keçid dövründə, icra mərhələsində və əməliyyat hazırlıq planının işlənib hazırlanmasında geniş rutin dəstək verilməsi aiddir.

Cənubi Qafqaz Boru Kəməri “Sahdəniz” yatağında hasil olunan təbii qazın Azərbaycandan Gürcüstana və Türkiyəyə ixrac edilməsi məqsədilə inşa olunub.

Bakı yaxınlığında Səngəçal terminalından başlayan kəmər Azərbaycandan Gürcüstan və Türkiyəyə xam neft daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin marşrutu ilə davam edərək, Türkiyədə qaz paylayıcı sistemə qoşulur.

Cənubi Qafqaz Boru Kəməri Şirkəti kəmərin tikintisi və aparılan əməliyyatlar üçün məsuliyyət daşıyır. Şirkətin səhmdarları: BP (28,8%), TPAO (19,0%), Azərbaycan/SOCAR (16,7%), PETRONAS (15,5%), LUKoil (10,0%) və NICO (10,0%) şirkətləridir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri