Avq
2020
12:10
16
246
7415
Virtual karabakh

Bankların kredit ödənişləri ilə bağlı cərimələr yazması barədə RƏSMİ AÇIQLAMA

“Banklarda kredit ödənişləri ilə bağlı gecikmələr yazılmayacaqdı. Bu, bankların könüllü qərarı idi”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, könüllü qərar olduğu üçün seçim bankların idi:

“Onlar sahibkarlara kömək etməlidir. Faktlar olarsa, biz araşdıra bilərik. Ola bilsin ki, vətəndaşın krediti ödəmək imkanı var və vəziyyətdən sui-istifadə edərək, ödənişdən qaçmaq istəyir və banklar da bunu biləndə, məcbur olub cərimələyirlər. Yardımdan sui-istifadə edilməməlidir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri