11 
Avq
2020
16:21
152
31
4896
Virtual karabakh

“Qarabağ” yatağının dayaq blokunun dənizə qovuşduğu yerdən FOTOREPORTAJ

11 Avq, 2020
16:21
4896

“Qarabağ” yatağının dayaq blokunun dənizə qovuşduğu yerdən FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınma mərasimində iştirak edib.

Oxu.Az-ın məlumatına görə, bu gün dayaq blokuna media tur təşkil edilib.

Bildirilib ki, dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq.

Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb.

2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. “Qarabağ” yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda altı neft, üç qaz və üç suvurucu quyunun qazılması nəzərdə tutulur. “Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.

Ərazidən şəkilləri təqdim edirik:

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri