22 
Sen
2020
14:02
113
13
1083
Virtual karabakh

KOBİA: Sahibkara ziyan vuran məmurlar maliyyə kompensasiyası ödəməlidir

22 Sen, 2020
14:02
1083

KOBİA: Sahibkara ziyan vuran məmurlar maliyyə kompensasiyası ödəməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün mikro sahibkar varsa, bunun mikro idxalı, mikro ixracı, mikro rüsumu, mikro hesabatlılığı olmalıdır. Bu gün biz mikro sahibkarların bir sıra məsələlər üzrə dövlət qarşısında öhdəliklərini ağır hesab edirik. Bunların bir çoxunun tamamilə ləğvinə və yaxud azalmasına gələcək dövrlərdə can atacağıq”.

“Report”un məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020”-də bildirib.

O təəssüf hissilə KOBİA-nın öz resurslarının 70 faizindən çoxunu maraqların qorunmasına sərf etdiyini bildirib:

“Yəni, bunlar sahibkarlara digər dövlət qurumları və müəssisələr tərəfindən göstərilən xidmətlərdən narazılıqla bağlı olan müraciətlərdir. Bu məsələ ciddi həllini tapmalıdır. Ən başlıcası burada beynəlxalq yanaşma tətbiq edilməlidir. Bu istiqamətdə görəcəyimiz işlər 24 saatlıq Apellyasiya Şuralarının yaradılmasıdır. Kommersiya Məhkəmələri yaradıldı. Lakin biz əldə etmək istədiyimiz nəticələrdən biri də budur ki, sahibkarın gündəlik kiçik bir narazılığı ilə bağlı hər hansı dövlət müəssisəsi və dövlət qurumu tərəfindən daha çox tələb edilən sənəd və prosedurla bağlı sahibkarın şikayəti 24 saat ərzində təmin edilsin və bu müddətdə Şura və məhkəmə qərar çıxarsın.

Biz bilirik ki, bu gün məmurun hərəkəti və yaxud hərəkətsizliyi ilk növbədə sahibkara mənəvi ziyanla yanaşı, maddi ziyan vurur. Bu cür maddi ziyanın cavabı elə maddi məsuliyyət olmalıdır. Daha çox tələb edilən sənəd, süründürməçilik, vaxt itkisi sahibkara cavab olaraq maliyyə kompensasiyası ilə əvəz edilməldir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri