23 
Sen
2020
16:38
32
104
1715
Virtual karabakh

Tümen vilayətinin rəsmiləri ilə “SOCAR Enerqoresurs” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

23 Sen, 2020
16:38
1715

Tümen vilayətinin rəsmiləri ilə “SOCAR Enerqoresurs” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR Enerqoresurs”un baş direktoru Fərid Cəfərov və Rusiyanın Tümen vilayətinin qubernatoru Aleksandr Moor arasında sosial və iqtisadi əməkdaşlıq haqqında müqavilə bağlanılıb.

Sənəd Tümen neft-qaz forumu çərçivəsində imzalanıb.

“SOCAR Enerqoresurs”un baş direktoru Fərid Cəfərov bildirib ki, bu saziş yaxın dörd il ərzində qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək.

“Şirkətimiz yarandığı gündən bəri regional qurumlarla səmərəli, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa yönəlmiş hədəflər qurmağı planlaşdırır, bu da yalnız müəssisəmizin inkişafına deyil, həm də bütün Tümen vilayətinin iqtisadiyyatının və sosial sahəsinin inkişafı üçün əlverişli şərait yaratmağa kömək edəcək”, deyə “SOCAR Enerqoresurs”un baş direktoru bildirib.

Tərəflər Tümən vilayətinin sosial-iqtisadi inkişafının təmin edilməsi məsələlərini birgə həll etməyə, xeyriyyə proqramlarının və investisiya layihələrinin reallaşdırmasını dövlət və fərdi əməkdaşlıq formasında həyata keçirmək niyyətindədirlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri