Okt
2020
17:51
622
56
5923
Virtual karabakh

Bakı və Abşeron yarımadasında içməli suya olan tələbat artacaq - FOTO

9 Okt, 2020
17:51
5923

Bakı və Abşeron yarımadasında içməli suya olan tələbat artacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2040-cı il üçün Bakı və Abşeron yarımadasında içməli suya olan gündəlik tələbatın indiki 1,25 milyon m3 səviyyəsindən 1,8 milyon m3-ə çatacağı ehtimal olunur.

Bu barədə Bakı şəhərinin Baş Planı üzrə “Mühəndis-kommunikasiya infrastrukturu” bölməsində məlumat verilib.

Növbəti dövrdə yeni su anbarlarının və magistral su xətlərinin inşası, içməli sudan səmərəli istifadə edilməsi üçün şəbəkədə mövcud olan itkilərin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır.

Bildirilib ki, hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 70 faizə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur və tullantı sularının yalnız bir hissəsi (gün ərzində 435 min m3) təmizlənərək Xəzər dənizinə buraxılır. Kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğuların inşası təklif edilir.

Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcək.

Həmçinin, yerlərdə emal edilərək təmizlənmiş tullantı suları Böyükşor, Bülbülə, Xocahəsən və Zığ göllərini qidalandıraraq su hövzələrinin balansını qorumaqla yanaşı texniki məqsədlər, ətraf ərazilərin suvarılması və yaşıllaşdırılması üçün il ərzində 145 milyon m3-ə qədər həcmdə əlavə texniki su hasil etmək imkanına malik olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri