14 
Okt
2020
16:07
401
31
2443
Virtual karabakh

Sahibkarlar “Azəriqaz”a 800 min manata yaxın borc ödəyib

14 Okt, 2020
16:07
2443

Sahibkarlar “Azəriqaz”a 800 min manata yaxın borc ödəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan rayonlarda fəaliyyət göstərən istixana sahibləri ümumilikdə 9 milyon manata yaxın borcdan təqribən 800 min manata yaxın olan məbləğin ödənişini təmin ediblər.

“Azəriqaz” İB-dən verilən məlumata əsasən, digərləri borclarının bir qismini ödəməklə yerdə qalan məbləğin digər hissəsinin “Razılaşma protokolu” tərtib olunmaqla 2020-ci il dekabr ayının birinədək hissə-hissə ödənilməsinə dair öhdəlik götürüblər.

Qeyd edək ki, Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 94,6 faiz təşkil edir.

Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 89 faizə bərabərdir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri