15 
Okt
2020
17:12
302
42
30432
Virtual karabakh

Hər daxili bazar araşdırmasına görə sahibkara 20 min manat ödənilir

15 Okt, 2020
17:12
30432

Hər daxili bazar araşdırmasına görə sahibkara 20 min manat ödənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznesin qurulması və inkişafında, yeni məhsul və xidmətlərin yaradılmasında daxili bazar araşdırmalarının önəmini mikro, kiçik və orta sahibkarlıq subyektlərinin diqqətinə çatdırır və sahibkarlara pandemiya dövründə daxili bazar araşdırması mexanizmindən daha geniş istifadə etməyi tövsiyə edir.

Agentlikdən verilən məlumata əsasən, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanır.

Məlumatda bildirilir ki, pandemiya dövründə daxili bazar araşdırmalarının aparılması daha vacibdir. Sahibkarların daxili bazar araşdırması mexanizmindən istifadə etməsi biznesi pandemiyanın neqativ təsirlərindən sığortalaya bilər. Biznesin qurulması və inkişafı, yeni məhsul və xidmətlərin istehsalı baxımından bazar araşdırmalarının aparılması önəmlidir. Koronavirus pandemiyası (COVİD-19) kimi qeyri-müəyyən dövrlərdə isə biznes sahəsində bazar araşdırmalarının aparılması xüsusilə vacibdir. 

Pandemiyanın yaratdığı çətinliklər və iqtisadi məhdudiyyətlər şəraitində bazar araşdırması yeni məhsul və xidmətin yaradılması üçün bazarın mövcud vəziyyətini təhlil etməklə sahibkarı mümkün risklərdən və əlavə xərclərdən sığortalayır. 

Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir. 

Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər. Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirləri KOBİA tərəfindən təşkil edilir. Sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını dolduraraq agentliyə birbaşa və ya [email protected] vasitəsilə elektron müraciət edə bilərlər.

Qeyd edək ki, 2019-cu ildən etibarən daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət tərəfindən maliyyə və informasiya dəstəyi göstərilir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri