18 
Okt
2020
10:26
536
42
2496
Virtual karabakh

Ölkədə ictimai iaşə dövriyyəsi ötən aya nisbətən artıb

18 Okt, 2020
10:26
2496

Ölkədə ictimai iaşə dövriyyəsi ötən aya nisbətən artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkədə ictimai iaşə dövriyyəsi ötən aya nisbətən artıb. 

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, sentyabr ayı ərzində ölkədə ictimai iaşə dövriyyəsinin həcmi 65,4 milyon manat təşkil edib. Avqust ayında ictimai iaşə dövriyyəsi isə 48,3 milyon manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ictimai iaşə dövriyyəsi 51,3 faiz azalıb. 2019-cu ilin sentyabr ayında dövriyyə 133 milyon manat olub. 

Yanvar-sentyabr aylarında ümumi ictimai iaşə dövriyyəsi isə 528,9 milyon manat təşkil edib.2019-cu ilin cari dövründa ictimai iaşə dövriyyəsi 1 milyard 100,1 milyon manat təşkil edib. Yəni, ötən ilə nisbətən bu il dövriyyə 52,4 faiz azalıb.

Qeyd edək ki, ölkədə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ictimai iaşə obyektləri məhdud sayda və karantin şərtlərinə əsasən fəaliyyət göstərib. Bu da obyektlərin ticari dövriyyəsinə təsir edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri