19 
Okt
2020
16:18
218
26
2152
Virtual karabakh

Özünüməşğulluq proqramının iştirakçıları KOBİA xidmətlərindən istifadə edə bilərlər

19 Okt, 2020
16:18
2152

Özünüməşğulluq proqramının iştirakçıları KOBİA xidmətlərindən istifadə edə bilərlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özünüməşğulluq proqramının iştirakçıları biznesin inkişafı üçün KOBİA-nın dəstək və xidmətlərindən istifadə edə bilər. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özünüməşğulluq proqramına cəlb olunan vətəndaşları potensial mikro və kiçik sahibkarlar kimi dəyərləndirir və proqram çərçivəsində öz təsərrüfatını, mikro biznesini qurmuş şəxslərə bizneslərinin inkişafı üçün dəstək göstərir.

Belə ki, KOBİA proqram çərçivəsində müvafiq aktivlər əldə edərək mikro biznes qurmuş iştirakçılara sonrakı mərhələdə bizneslərinin inkişafı üçün biznesin planlaşdırılması, məsləhət xidmətləri, güzəştli maliyyə resurslarına, satışa və bazarlara çıxış kimi istiqamətlərdə dəstək və xidmətlər təqdim edir.

İndiyədək özünüməşğulluq proqramı çərçivəsində müxtəlif aktivlərlə təmin olunmuş 30-a yaxın proqram iştirakçısı biznesin genişləndirilməsi üçün KOBİA-nın dəstək və xidmətlərindən yararlanıb.

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq mərkəzlərinə müraciət etməklə və ya agentlik tərəfindən yaradılan sadələşmiş qeydiyyat sistemindən istifadə etməklə yanaşı, KOBİA-nın dəstək və xidmətlərindən də faydalana bilərlər. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri