21 
Okt
2020
10:34
805
12
1091
Virtual karabakh

Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi nisbətən sabit qalıb

Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin həcmi nisbətən sabit qalıb.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycanla ticarət dövriyyəsində Türkiyə ölkələr arasında ikinci yerdədir. Bu il Türkiyə ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsinin həcmi 3 milyard 238,1 milyon ABŞ dollarını təşkil edib.

2019-cu ildə ölkə ilə ticarət dövriyyəsinin həcmi 3 milyard 354,6 milyon dollar həcmində olub. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycandan Türkiyəyə 2 milyard 108,1 milyon dollar dəyərində məhsul ixrac, ölkədən Azərbaycana 1 milyard 130 milyon dollara yaxın məhsul idxal edilib.   

Həmçinin, idxalda əsas ölkələr cədvəlində ötən ilin eyni dövründə üçüncü yerdə olan Türkiyə bu ilin eyni dövründə idxalda İsveçrəni qabaqlayaraq ikinci ölkə olub.  

Qeyd edək ki, ötən il idxalda ikinci ölkə olan və idxal həcmi 1 milyard 201,3 milyon dollar olan İsveçrə bu il idxalda əsas ölkələr siyahısında ilk 15-liyə düşə bilməyib. Belə ki, cari ildə ölkədən 59,3 milyon dollar dəyərində məhsul idxal edilib. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri