21 
Okt
2020
15:30
318
37
1760
Virtual karabakh

ABŞ iqtisadiyyatına son 20 il ərzində irqçilik səbəbindən dəyən zərər hesablandı

21 Okt, 2020
15:30
1760

ABŞ iqtisadiyyatına son 20 il ərzində irqçilik səbəbindən dəyən zərər hesablandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ iqtisadiyyatı son 20 ildə irqi bərabərsizlik səbəbindən 16 trilyon dollar itirib.

Bu barədə “Citigroup” analitikləri araşdırma aparıblar.

Araşdırmanın rəhbəri Dana Peterson xüsusilə zənci amerikalılara irqçilik səbəbilə ipoteka verilməsindən imtina edildiyini deyib.

O qeyd edib ki, “mənzil bölgüsü”ndə dəri rənginin fərqi amerikalıların varlı məhəllələrdəki evlərə və yaxşı məktəblərə girişinə qeyri-bərabər şərait yaradır. Bu da öz növbəsində zəncilərin nüfuzlu iş tapmaq şansını daha da azaldır.

Peterson bildirib ki, ABŞ-da ayrı-seçkilik bütün sahələrdə var, ölkənin ən prestijli universitetlərinin qaradərili məzunları ağdərili sinif yoldaşlarından daha aşağı maaş alır, afroamerikalılar üçün startaplara riskli kapital qoyuluşuna ağdərili iş adamlarını cəlb etmək nisbətən daha çətindir.

Analitikin fikrincə, ayrı-seçkilik olmasaydı ABŞ iqtisadiyyatı son 20 ildə əlavə 6,1 milyon iş yeri əldə edərdi.

Peterson vurğulayıb ki, səlahiyyətlilər qaradərili və ağdərililər arasındakı boşluğu aradan qaldıra bilsə ABŞ iqtisadiyyatı önümüzdəki 5 il ərzində 5 trilyon dollar əlavə qazanc əldə edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri