21 
Okt
2020
11:42
543
15
2607
Virtual karabakh

Azərbaycanda metanol istehsalı artıb - VİDEO

21 Okt, 2020
11:42
2607

Azərbaycanda metanol istehsalı artıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 368,2 min ton metanol istehsal olunub.

Baku TV xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz çoxdur. Bu ilin oktyabr ayının 1-nə 11,9 min ton hazır məhsul istehsalı yaranıb.

Metanol istehsalı Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda həyata keçirilir.

2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Metanol MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir. 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib.

Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.  

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri