21 
Okt
2020
16:12
201
23
2169
Virtual karabakh

Dövlət büdcəsinin gəlir və xərclərinin həcmi məlum oldu

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 17 milyard 964,6 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin icrasına dair məlumatında deyilir.  

Belə ki, bu da proqnoza qarşı 206,5 milyon manat və ya 1,2 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 93,2 milyon manat və ya 6,5 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 373,9 və 110,3 milyon manat vəsait büdcəyə daxil olub.

Eləcə də, 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və yaxud 18 milyard 642,2 milyon manat icra edilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 1 milyard 951,6 milyon manat və ya 11,7 faiz çoxdur.

2020-ci ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,5 faizi və ya 7 milyard 171,7 milyon manatı sosial yönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz və ya 1 milyard 283 milyon manat çoxdur.

2020-ci ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 12 milyard 188 milyon manatı və ya 65,4 faizi cari xərclərə, 4 milyard 927,6 milyon manatı və ya 26,4 faizi əsaslı xərclərə, 1 milyard 526,6 milyon manatı və ya 8,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri