28 
Okt
2020
17:24
59
451
2031
Virtual karabakh

Azərbaycanda mehmanxana tipli müəssisələrin göstəricilərində 70 faiz geriləmə var

28 Okt, 2020
17:24
2031

Azərbaycanda mehmanxana tipli müəssisələrin göstəricilərində 70 faiz geriləmə var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 69,8 faiz azalaraq 806 min olub.

Belə ki, cari ilin yanvar-sentyabr aylarında mehmanxanalarda keçirilmiş gecələmələrin 56 faizi Bakıda, 10,7 faizi Qəbələdə, 6,1 faizi Qusarda, 4,9 faizi Qubada, 3,6 faizi Naftalanda, 2,8 faizi Lənkəranda, 2,5 faizi Naxçıvan Muxtar Respublikasındakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 78,8 faiz azalaraq 370,5 min olub. Bu da ümumi gecələmələrin 46 faizini təşkil edib.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 15,2 faizi Rusiya Federasiyası, 10,4 faizi Səudiyyə Ərəbistanı, 10,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 7,3 faizi Türkiyə, 6,1 faizi Hindistan, 6,0 faizi Böyük Britaniya, 4,6 faizi Küveyt, 3,2 faizi İsrail, 3,1 faizi İran, 2,2 faizi ABŞ, 1,8 faizi Qətər, 1,7 faizi Almaniya, 1,6 faizi İraq, 1,5 faizi İtaliya,1,4 faizi Pakistan, 1,4 faizi Qazaxıstan, 1,3 faizi Ukrayna, 1 faizi Gürcüstan və Belarus, 18,9 faizi isə digər ölkələrin vətəndaşları olub.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 76,6 faizi Bakıda, 6,7 faizi Qusarda, 4,6 faizi Qəbələdə, 4,2 faizi Naftalanda, 3,5 faizi Naxçıvan Muxtar Respublikasında, 2,3 faizi Qubada, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 52,8 faiz azalaraq 435,5 min olub.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar turizm sahəsi pandemiyanın ciddi təsirlərinə məruz qalıb və bu özünü sektorun müxtəlif sahələrində göstərib. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri