28 
Okt
2020
18:00
646
135
2846
Virtual karabakh

Şəkidə tütün istehsalının həcmi 3,2 min ton olub

28 Okt, 2020
18:00
2846

Şəkidə tütün istehsalının həcmi 3,2 min ton olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günə qədər Şəki rayonunda 3,2 min ton quru tütün istehsal edilib.

Bununla bağlı “Azərtütün ASK” MMC-dən məlumat verilib.

Cari ildə Şəki rayonunun təsərrüfatında 1 108 hektar sahədə tütün əkilib. Hazırda tütün yığımı davam edir.

Ölkədə 2020-ci ilin 9 ayı ərzində 296,6 milyon manat həcmində tütün məmulatları istehsal edilib. Həmçinin, yanvar-sentyabr aylarında kənd təsərrüfatı sektoru çərçivəsində 4 min 717 ton tütün istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycan bu ilin yanvar-sentyabr ayları ərzində 61 milyon 484,8 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri