10 
Noy
2020
18:58
2268
45
6560
Virtual karabakh

SOCAR Pakistanı maye qazla təmin edəcək

10 Noy, 2020
18:58
6560

SOCAR Pakistanı maye qazla təmin edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistan 2021-ci ilin 8 yanvar - 1 fevral tarixlərində altı ədəd təbii maye qaz (LNG) yükünün idxalı üçün tender elan edib.

“Reuters”ə istinadən verdiyi məlumata əsasən, tenderin qalibləri arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - SOCAR da var.

Belə ki, “Pakistan LNG” Ltd-nın elan etdiyi tenderə əsasən, yüklərin hər biri 140 000 kubmetr həcmində olacaq. SOCAR-la yanaşı “Vitol” və “Trafigura” şirkətləri də tenderin qalibləri arasındadır. Bununla da müvafiq tarixlərdə SOCAR Pakistanı 140 min kubmetr maye qazla təmin edəcək. 

Qeyd edilib ki, Pakistanın qaza olan tələbatı ümumiyyətlə dekabr və yanvar aylarında artır, lakin tələbin çox olması və yerli təklifin azalması növbəti dövrdə əlavə tədarükə ehtiyac yaradıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri