18 
Noy
2020
19:07
422
29
2203
yuxarı
Azərbaycanın neft-qaz sektoruna sərmayələrin həcmi artıb - FOTO
18 Noy, 2020
19:07
2203
422
29
Azərbaycanın neft-qaz sektoruna sərmayələrin həcmi artıb - FOTO
2020-ci ilin yanvar-oktyabr ayları ərzində mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 7,3 faiz artıb.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində əmtəəlik xam neft hasilatı 28,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 21,4 milyard kubmetri təşkil edib.
Cari dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7 faiz artıb və 4 milyard 781,8 milyon manat təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarında ixrac edilən xam neftin dəyəri 7 milyard 158,1 milyon dollar, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 891,6 milyon dollar həcmində olub.
Nigar Məmmədova