20 
Noy
2020
18:51
345
13
1806
Virtual karabakh

Asiya İnkişaf Bankının 500 min dollarlıq layihəsində Azərbaycan da var

20 Noy, 2020
18:51
1806

Asiya İnkişaf Bankının 500 min dollarlıq layihəsində Azərbaycan da var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bölgədə pandemiyanın təsirlərini azaltmaq və iqtisadi dirçəlişi dəstəkləmək üçün Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) bölgəsində ekosistemlərin inkişafını təmin etmək məqsədilə layihə elan edilib.

Oxu.Az-ın Asiya İnkişaf Bankının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, layihə bölgə üzrə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələri əhatə edəcək.

Maliyyələşdirmə planı üzrə layihənin dəyəri 500 min dollar həcmində olacaq. Maliyyələşdirmənin əsasını təşkil edən məbləğ Texniki Yardım Xüsusi Fondu və Koreya Respublikası Asiya və Bilik Tərəfdaşlığı Fondu tərəfindən təmin ediləcək.

Sənədə əsasən, bölgədə COVID-19-un təsirlərini azaltmaqla iqtisadi dirçəlişi dəstəkləmək üçün CAREC proqramının üzvü olan ölkələrə şamil edilib. Məqsəd regiondakı ölkələrin ekosistemlərinin başlanğıc inkişafını dəstəkləməkdir.

Bu layihə hərtərəfli iqtisadi artım və regional inteqrasiyanı əhatə edir. Əsas etibarilə, informasiya və kommunikasiya texnologiyaları, İKT sənayeləri və İKT ilə təmin olunan xidmətlərin strategiya siyasətinin və potensialının inkişafına istiqamətlənib. Bunun, həm də CAREC ölkələri arasında artan iş birliyi fonunda rəqəmsal texnologiyalardan istifadə etməklə iqtisadi dirçəlişə imkan yaradacağı gözlənilir. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri