25 
Noy
2020
10:44
283
10
2270
Virtual karabakh

Qiymətli metallardan əldə edilən gəlirlər hesablanıb

25 Noy, 2020
10:44
2270

Qiymətli metallardan əldə edilən gəlirlər hesablanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib.

QSC-dən Oxu.Az-a verilən məlumata əsasən, dünya bazarlarına ilk ixracın reallaşmasından ötən üç il ərzində 213,4 min unsiyadan çox qızıl, 372,7 min unsiyadan çox gümüşün satışından ölkə iqtisadiyyatına 527,3 milyon manat vəsait cəlb edilib.

Bu vəsaitin 39,3 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib. Bu məbləğin 33,7 milyon manatını vergi, 5,6 milyon manatını isə Dövlət Sosial Müdafiə Fonduna köçürmələr təşkil edir. Bu illər ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb. Bu məbləğin 15 milyon manatı Cəmiyyətin nizamnamə kapitalının artırılmasına yönəldilib.

İqtisadi göstəricilər yalnız Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağının istismarı nəticəsində əldə edilib. Bildirilib ki, hazırda yeni yataqların istismara hazırlanması istiqamətində intensiv işlər davam etdirilir.

Qeyd edək ki, “AzerGold” QSC qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, geoloji kəşfiyyat, hasilat, ixrac və digər istiqamətlərdə fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri