27 
Noy
2020
16:42
1072
22
5969
Virtual karabakh

SOCAR-ın müharibədə iştirak edən əməkdaşı: “Anam Vətənimdir və canımı qurban verməyə hazıram” - FOTO

27 Noy, 2020
16:42
5969

SOCAR-ın müharibədə iştirak edən əməkdaşı: “Anam Vətənimdir və canımı qurban verməyə hazıram” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə olan əsgərlərimiz sırasında Elçin Əhmədov da var.

Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, Elçin Əhmədov 2008-ci ildən SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər işləyir. Uşaq ikən valideynlərini itirən Elçin Əhmədov - “Anasız böyümüşəm. Anam Vətənimdir və canımı qurban verməyə hazıram” deyir. O Hadrut və Şuşanın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərib.

Qeyd edilib ki, uşaq evində böyüyən Elçin ön cəbhədə tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşan əsgərimizdir:

“Elçin Əhmədov və qardaşı Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilib, eləcə də  mənzillə təmin olunmuş gənclərimizdəndir. Qələbə sevincini bizə yaşadan  zabit və əsgərlərimizlə qürur duyuruq. Qarabağ Azərbaycandır!”

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri