30 
Noy
2020
14:18
45
113
3280
Virtual karabakh

Rayon və kəndlərdə kirayəyə verməklə mənzillərin satışı planlaşdırılır? - RƏSMİ

30 Noy, 2020
14:18
3280

Rayon və kəndlərdə kirayəyə verməklə mənzillərin satışı planlaşdırılır? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaşayış yerlərini satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində İpoteka və Kredit Zəmanət Fondunun bazasına əlavə mənzillərin daxil olması müvafiq mənzillərə əhalinin maraq həcmindən asılı olacaq.

Bu barədə Fondun onlayn treyninqində məlumat verilib. 

Bildirilib ki, əhalinin bu mənzillərə olan tələbatı və ehtiyacı ölçülür. Gələcəkdə mənzil bazasının artırılması üçün kreditə götürülən mənzillərin sayında da artım müşahidə olunmalıdır. Bununla bağlı Fondun ehtimal və proqnozları mövcuddur. İlin sonuna qədər daha dəqiq rəqəmlər təqdim olunacaq.

Eləcə də, məlumat verilib ki, Fond məhdud həcmdə olan vəsaiti daha çox ehtiyac olunan ərazilərə yönəldilib. Hazırda rayon və kəndlərdə bu mexanizmin tətbiqi ilə bağlı plan mövcud deyil. Bunun üçün rayon və kəndlərdə də müvafiq mexanizmin tətbiqinə maraq olmalıdır. Yəni istənilən halda tələb və ehtiyac yaranmalıdır.

Qeyd edək ki, Fond tərəfindən yaşayış yerlərinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron rayonunun Xırdalan şəhərində tətbiq edilib. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri