Dek
2020
12:35
122
13
940
Virtual karabakh

Mərkəzi Bank hərrac keçirəcək

2 dekabr tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən verilən məlumata əsasən, hərraca çıxarılan həcm 200 milyon manat təşkil edəcək. Notun nominal dəyəri 100 manat, tədavül müddəti isə 28 gündür.

Bildirilib ki, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır. Notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğ maksimum 20 faizə qədər artırıla bilər.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri