25 
Dek
2020
17:08
547
21
4389
Virtual karabakh

Hərbçilərin uşaqlarına müavinətin verilməsi ilə bağlı layihə ilk oxunuşdan keçdi

25 Dek, 2020
17:08
4389

Hərbçilərin uşaqlarına müavinətin verilməsi ilə bağlı layihə ilk oxunuşdan keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək. Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Qanuna daha bir dəyişikliklə isə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri