12 
Yan
2021
10:09
357
10
1686
Virtual karabakh

Bakı-Tbilisi-Qars ilə ilk ixrac yükləri Türkiyəyə yola düşdü - FOTO/VİDEO

12 Yan, 2021
10:09
1686

Bakı-Tbilisi-Qars ilə ilk ixrac yükləri Türkiyəyə yola düşdü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin ilk günlərindən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə ilk dəfə olaraq ixrac yönümlü yüklərin nəqli baş tutub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən məlumat verilib.

Belə ki, metal konstruksiyalar ölkədən Türkiyəyə nəql olunub. Yüklər Bakıdan Türkiyənin Payas stansiyasına çatdırılıb.

Metal konstruksiyalar “ADY Express”in təqdim etdiyi yarımvaqonlara yüklənərək, Axalkalaki stansiyasına çatdırılıb. Burada yüklər Türkiyə dəmir yollarına məxsus vaqonlara aşırılıb.

Ümumi olaraq isə 75 vaqonla 5 min ton metal konstruksiyanın nəqli nəzərdə tutulub ki, onlardan ilk 15 vaqon artıq Türkiyəyə çatdırılıb, yüklərin daha bir hissəsi yoldadır. BTQ vasitəsi ilə bu cür yüklərin bundan sonra da nəqli nəzərdə tutulur.

Qeyd edək ki, 2020-ci ildə “ADY Express” şirkəti Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə ümumilikdə 49 739 ton yük nəql edib ki, bu yüklərin 97 faizi tranzit, 3 faizi isə idxal yüklərin payına düşüb. 2019-cu ildə isə BTQ vasitəsilə şirkət 25 722 ton yük nəql etməyə müvəffəq olub.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri