14 
Yan
2021
13:21
28
328
4516
yuxarı
Azərbaycanda bankların dollara tələbi yenə yüksək olub
Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.
Hərracda tələb 100,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.
Qeyd edək ki, əvvəlki valyuta hərracında tələbin ötən aylara nisbətən yüksək olması ilə bağlı Mərkəzi Bankın açıqlamasında bildirilib ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib və bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib.
Bizimlə əlaqə saxlayın
Digər İqtisadiyyat xəbərləri
15 
Yan
2021
16:52
SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının həcmi rekord göstəricini ötüb
14
57
634
15 
Yan
2021
13:36
Azərbaycandakı mədənlərdən çıxarılan qiymətli metalların həcmi açıqlanıb
204
10
1511