20 
Yan
2021
17:54
37
264
2471
Virtual karabakh

Pandemiya restoranların gəlirlərinə necə təsir edib? - FOTO

20 Yan, 2021
17:54
2471

Pandemiya restoranların gəlirlərinə necə təsir edib? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrdə olduğu kimi Azərbaycanda da ictimai iaşə obyektlərinin dövriyyəsinə mənfi təsirini göstərib. 

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ümumilikdə ictimai iaşə xidmətlərinin həcmi 2019-cu illə müqayisədə 2,2 dəfə azalaraq, 759,6 milyon manat olub.

2020-ci ilin dekabr ayında isə ictimai iaşə dövriyyəsi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə azalıb.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 faizi hüquqi şəxslərin, 53,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 2 dəfə azalaraq, 350,4 milyon manat olub.

2020-ci ildə ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayındakı kəskin azalma da ictimai iaşə xidmətlərinin fəaliyyətinə mənfi təsir göstərən səbəblərdəndir.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri