22 
Yan
2021
13:48
25
145
1916
Virtual karabakh

SOCAR: “Razılaşmaya əməl edirik” - AÇIQLAMA

“SOCAR daha əvvəl razılaşdırılmış qiymət əsasında Pakistanı LNG (maye qaz) ilə təmin edəcək”.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, LNG qiymətləri son zamanda kəskin artıb, lakin, Pakistan İslam Respublikası ilə qardaşlıq və dostluq münasibətlərimizi nəzərə alaraq, SOCAR fevral ayında Pakistan üçün nəzərdə tutulan LNG təchizatını qiymət artımından əvvəl razılaşdırılmış şərtlərlə yerinə yetirməyi planlaşdırır.

İbrahim Əhmədov onu da qeyd edib ki, burada söhbət Azərbaycan qazından getmir, yəni Azərbaycan üçün bunun birbaşa itkisi yoxdur, həm də, Azərbaycan qazı LNG şəklində ticarət olunmur. LNG kimi satdığımız qaz üçüncü tərəflərdən alınıb-satılan qazdır.

İ.Məmmədov qeyd edib ki, Pakistanla konkret bir karqo üçün saziş bağlanmışdı və bu qiymət artımından əvvəl olub:

“Pakistan adətən hər bir karqo üçün tender keçirir. Qiymət isə adətən tender keçiriləndə və ya alqı-satqı müqaviləsi bağlananda mövcud bazar şəraitinə uyğun razılaşdırılır. Lakin sonradan qiymət dəyişə də bilər. Qiymət çox kəskin dəyişərsə, şirkətlər sazişdən imtina edərək, müəyyən cərimələr ödəyə bilər, çünki, bu daha sərfəli olur. Lakin, dediyim kimi, bizim üçün Pakistanla münasibətimiz istisna haldır və buna görə sazişdən geri çəkilmədik”.

İ.Əhmədovun fikrincə Azərbaycanın Pakistanı LNG ilə təmin etməkdən imtina etməsi ilə bağlı iddialar bəzi şirkətlərin razılaşmadan imtina etməsi ilə bağlı ola bilər:

“Qiymət artımı o qədər kəskin olub ki, bir çox şirkətlər üçün sazişdən imtina edib, cəriməni ödəmək daha sərfəlidir. Bu iddiaların yayılmasına səbəb isə ona görə baş verə bilər ki, başqa şirkətlər razılaşmadan imtina ediblər. Biz isə Pakistanla dost və qardaş münasibətimizi nəzərə alaraq, sazişə əməl edirik”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri