Fev
2021
15:43
136
40
1567
Virtual karabakh

AQTA: “Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması üçün çalışırıq”

4 Fev, 2021
15:43
1567

AQTA: “Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması üçün çalışırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasına alma məhsulunun ixracı ilə bağlı müzakirələr davam etdirilir.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan alma məhsuluna tətbiq edilən məhdudiyyətlərin tam aradan qaldırılması istiqamətində AQTA və aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər davam etdirilir.

Ölkəmizdə fəaliyyət göstərən bitkiçilik təsərrüfatlarında, həmçinin Rusiyaya alma tədarükü ilə məşğul olan müəssisələrdə mütəmadi olaraq monitorinqlər aparılır, eyni zamanda bitki mühafizəsi tədbirləri həyata keçirilir.

Həmin təsərrüfatlarda həyata keçirilən sağlamlaşdırma tədbirləri nəticəsində Rusiya Federasiyasına alma məhsullarının ixracına mərhələli şəkildə icazələrin verilməsi ilə bağlı hazırda AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri