Fev
2021
17:51
349
50
5859
Virtual karabakh

“Aeroflot” aviaşirkəti Moskva-Bakı reyslərini yerinə yetirməyə başlayır

4 Fev, 2021
17:51
5859

“Aeroflot” aviaşirkəti Moskva-Bakı reyslərini yerinə yetirməyə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.

Aviaşirkətin birinci reysi Bakıya fevralın 18-də yerli vaxtla saat 01:25-də gələcək, Azərbaycanın paytaxtından uçuş isə yerli vaxtla saat 02:55-də baş tutacaq.

Bundan əlavə, fevralın 17-dən etibarən həmçinin Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayır. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri Domodedovo hava limanına yerinə yetiriləcək.

Yalnız Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytındakı siyahıda qeyd edilən şəxslər COVID-19 pandemiyası dövründə Rusiyaya giriş hüququna malikdir.

Azərbaycan vətəndaşlarından savayı, Moskva-Bakı istiqamətində reyslərə aşağıdakı kateqoriyalardan olan şəxslər buraxılır:

Azərbaycandakı diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

ailə üzvləri (həyat yoldaşları, valideynləri və ya azyaşlı övladları) Azərbaycan vətəndaşı olan əcnəbilər;

Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

Azərbaycanda daimi və ya müvəqqəti yaşayış icazəsi olan əcnəbilər;

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri