Fev
2021
12:36
13
80
941
Virtual karabakh

Sahibkarlar ötən il nə qədər güzəştli kredit alıb? - RƏSMİ

9 Fev, 2021
12:36
941

Sahibkarlar ötən il nə qədər güzəştli kredit alıb? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara 126,9 milyon manat güzəştli kredit verilib.

Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov Fondun ötən ilki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

Bildirilib ki, ötən il ərzində dövlət zəmanəti ilə kredit mexanizminin tətbiqi nəticəsində banklar tərəfindən 148 milyon manat məbləğində kreditin verilməsi təmin edilib. Bu kreditlər pandemiyadan zərər çəkmiş sahələri əhatə edib. 

Həmçinin, pandemiyadan zərər çəkmiş sahələr üzrə kredit portfelinin subsidiyalaşdırılması nəticəsində banklar tərəfindən sahibkarlara 483 milyon manat kredit verilməsinə nail olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri