18 
Fev
2021
09:50
30
118
3053
Virtual karabakh

Azərbaycanın ötən ay istehsal etdiyi avtomobil sayı açıqlanıb - FOTO

18 Fev, 2021
09:50
3053

Azərbaycanın ötən ay istehsal etdiyi avtomobil sayı açıqlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan minik avtomobillərinin istehsalını azaldıb.

Oxu.Az-ın Dövlət Statistika komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycanda 2021-ci ilin yanvar ayı ərzində 96 ədəd minik avtomobili istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz azdır.

Ötən ay ərzində ölkədə traktor istehsal edilməyib.

Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 22,7 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz azalıb, maşın və avadanlıqların istehsalı isə 23,5 faiz artıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri