27 
Fev
2021
15:16
145
15
1437
Virtual karabakh

Azərbaycan LNG bazarındakı iştirak payını daha da artırır - VİDEO

Azərbaycan LNG bazarındakı iştirak payını daha da artırır.

“SOCAR Trading” şirkəti 2016-cı ildən LNG (maye qaz) bazarında distribüter qismində geniş fəaliyyət göstərərək ötən qısa müddət ərzində xeyli təcrübə toplaya bilib.

Bu yaxınlarda “SOCAR Trading” hökumətlərarası saziş əsasında “Pakistan LNG LTD” və “Pakistan State Oil” şirkətlərinə il ərzində kreditlə benzin, LNG tədarükünü də təklif edib.

Həmçinin, Ukraynanın LNG bazarında da iştirak edən “SOCAR Trading” ölkəyə bu məhsulu idxal edən şirkətlər arasında səkkizinci yerdədir.

Daxili bazara gəldikdə isə SOCAR brendi altında fəaliyyət göstərən sıxılmış maye qaz doldurma məntəqələrinin sayı hazırda 32-dir. Gələcəkdə gözlənilən tələbat artımı nəzərə alınmaqla bu rəqəmi daha da artırmaq nəzərdə tutulur. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri