Mar
2021
12:16
72
31
1301
Virtual karabakh

Sədr: “Sahibkarlar və İqtisadiyyat Nazirliyi birgə təkliflərlə çıxış edəcək”

1 Mar, 2021
12:16
1301

Sədr: “Sahibkarlar və İqtisadiyyat Nazirliyi birgə təkliflərlə çıxış edəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən dövr ərzində meyvə-tərəvəz ixracı ilə bağlı alternativ bazarların olmamasının çox böyük problemlərə gətirib çıxardığını gördük”.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə deyib:

“Meyvə-tərəvəz ixracında əsas bazarları qonşu dövlətlər təşkil edir. Lakin alternativ bazarlara çıxışla bağlı gələcəkdə problemlərin yaranmaması üzrə bir neçə ildir ki, müvafiq istiqamətdə işlər gedir. Həmçinin sahibkarlara bununla bağlı müəyyən təlimlər də təqdim edilir.

Eyni zamanda beynəlxalq miqyasda da müxtəlif sərgilərdə iştirak təşkil olunur. Bu yaxınlarda Dubayda “Gulfood” beynəlxalq qida sərgisində məhsullarımız nümayiş etdirilib. Həmçinin bu yaxınlarda Türkiyədə keçirilmiş biznes forumda da ixrac potensialımıza böyük diqqət yönəlmişdi.

Əgər məhsullarımızın xüsusilə Avropa bazarlarına çıxmağını nəzərdə tuturuqsa, bilməliyik ki, orada çox böyük rəqabət var. Sahibkarlar öz məhsullarını təqdim edərkən onların rəqabətə davamlı olmağına diqqət yetirməlidirlər”.

“Dövlət bu istiqamətdə müxtəlif dəstəklər təqdim edir. Bu sahədə problemlərin yaranmaması üçün növbəti aylarda həm sahibkarlar, həm də İqtisadiyyat Nazirliyi birgə təkliflərlə çıxış edəcək. Hesab edirəm ki, bu təklif xüsusilə alternativ bazarlara çıxışı asanlaşdıracaq”, - deyə sədr qeyd edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri