Mar
2021
17:30
453
19
2073
Virtual karabakh

Pakistan dağ-mədən sənayesində Azərbaycan təcrübəsindən istifadə edəcək - FOTO

1 Mar, 2021
17:30
2073

Pakistan dağ-mədən sənayesində Azərbaycan təcrübəsindən istifadə edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“AzerGold”dan verilən məlumata əsasən, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlıq üçün böyük imkanların mövcudluğu qeyd olunub.

Bildirib ki, təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsi planlaşdırılır.

Qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun şanlı qələbəsi nəticəsində azad edilən Qarabağ regionun dağ-mədən sektorunda əməkdaşlıq üçün yeni perspektivlər açdığını vurğulayıb.

Rəhbərlik etdiyi təşkilatın Pakistanda mülki və hərbi infrastruktur, kommunikasiya layihələrinin icrası, eləcə də mədənçilik sahəsi üzrə ixtisaslaşdığını diqqətə çatdıran general-mayor Kamal Azfar müəssisənin müasir tələblərə cavab verən şirkətə çevrilməsi məqsədilə “AzerGold”un mədənçilik, xüsusilə qızıl yataqlarının istismarı sahəsindəki qabaqcıl təcrübəsindən yararlanmaq niyyətində olduqlarını, bu məqsədlə cəmiyyətin peşəkar mütəxəssislərindən ibarət heyət tərəfindən təlimlərin keçirilməsi təşəbbüsünü irəli sürüb.

İdarə heyətinin sədri isə öz növbəsində, mədənçilik sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulayaraq, “AzerGold”un beynəlxalq səviyyədə təlimlərin təşkili istiqamətində kifayət qədər təcrübəsinin olduğunu, dost və qardaş Pakistan dövlətinə hər zaman dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.

Görüşün davamında təcrübə mübadiləsi və birgə fəaliyyətə dair fikir mübadiləsi aparılıb, atılacaq növbəti addımlar müzakirə olunub. Tərəflər yaxın zamanda təcrübə mübadiləsinin həyata keçirilməsi üçün təlim planının hazırlanması ilə bağlı razılığa gəliblər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri