Mar
2021
20:30
11
32
1215
Virtual karabakh

İKT sahəsində qanunvericilik təkmilləşəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycanın aparıcı texnoloji şirkətlərini birləşdirən Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) nümayəndələri ilə görüş keçiriblər.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə yeni şəraitdə İnformasiya Texnologiyaları ilə məşğul olan şirkətlərin fəaliyyəti, qlobal və yerli bazara innovativ, rəqabətqabiliyyətli, keyfiyyətli məhsul və xidmətləri təklif etmək məsələləri müzakirə olunub.

Komitə sədri Tahir Mirkişili bildirib ki, ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi, innovativ fəaliyyətin dəstəklənməsi iqtisadi siyasətdə prioritet məsələlərdəndir.

Bildirib ki, müasir dövrdə dünyada iqtisadi inkişaf “biliklərə əsaslanan iqtisadiyyat” mərhələsinə keçib və yaxın illərdə üstünlük innovativ potensialdan effektiv istifadə etməyi bacaran ölkələrdə olacaq.

Tahir Mirkişili əlavə edib ki, İKT ilə bağlı qanunvericiliyin təkmilləşməsi üzərində iş gedir, bu sahədə problemlər öyrənilir, bir sıra qanunvericilik aktlarının hazırlanması istiqamətində işlər aparılır ,qanun layihələri təhlil edilir, xarici ölkələrin təcrübəsi öyrənilir.

Sonda bu cür görüşlərin mütəmadi keçirilməsi və qanunvericilik sahəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə AZİNNEX arasında əməkdaşlığın qurulması qərara alınıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri