31 
Mar
2021
11:36
86
40
1918
Virtual karabakh

SOCAR əməkdaşları beynəlxalq təlim akkreditasiyalarından keçib - FOTO

31 Mar, 2021
11:36
1918

SOCAR əməkdaşları beynəlxalq təlim akkreditasiyalarından keçib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarında insan həyatının mühafizəsi və xilasetmə-təxliyə sahəsində nüfuzlu beynəlxalq qurumlarda akkreditasiya olunub.

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi (DİHMTM) həm qəza nəfəsalma sistemi (EBS), həm də sıxılmış havada qəza nəfəsalma sistemi (CA-EBS) ilə stolüstü və sahə auditi prosedurlarını müvəffəqiyyətlə başa vurub.

Audit prosedurları Böyük Britaniyanın Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatı (OPİTO) tərəfindən müəyyən edilmiş standartlara uyğun keçirilib.

SOCAR-ın idarəsi eyni zamanda dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET), batmaqda olan helikopteri tərketmə üzrə təlim (HUET) və dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının tədrisi ilə əlaqədar yenidən akkreditasiya edilib.

Bu akkreditasiya şirkətin dəniz platforma və qurğularında çalışan mühəndis-texniki heyətin, habelə kənar təşkilatların mütəxəssislərinin sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, eləcə də fövqəladə hallarda, qəzaya yaxın vəziyyətlərdə və risklərə nəzarət sahələrində təlim ehtiyaclarının təmin olunmasına xidmət edir.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib ki, neft-qaz əməliyyatları zamanı insan həyatının təhlükəsizliyinin təminatı SOCAR-ın əsas prioritetlərindən biridir:

“Dəniz obyektləri bu sahədə daha riskli olduğundan, dənizdə baş verə biləcək situasiyalarla əlaqədar işçilərimiz üçün əlavə səriştəliklər və biliklər tələb olunur. Ona görə də dənizdə fəliyyət göstərən bütün işçilər və dənizə ezam olunanlar icbari şəkildə Dənizdə insan həyatının mühafizəsi üzrə bir sıra təlimlər keçməli və müvafiq sertifikatlar əldə etməlidirlər. Əks halda onlar dənizə gedə bilməzlər. Bu, onların sağlamlığı və təhlükəsizliyi üçün mühüm şərtdir.

Səriştəliyin daha yaxşı inkişafı məqsədi ilə beynəlxalq standartlara cavab verən və dünyada tanınan təlim proqramlarına uyğun sertifikatlaşdırma şirkətimiz üçün çox əhəmiyyətlidir. Odur ki, DİHM Təlim Mərkəzinin maddi-texniki bazası ən müasir tədris resursları ilə təchiz olunaraq möhkəmləndirildi və müvafiq prosedurlar tərtib edildi. Sonra Mərkəzin bu sahədə ən nüfuzlu beynəlxalq təşkilat olan OPİTO-da akkreditasiya olunması üçün müraciət etdik. Bir ilə yaxın müddət ərzində Mərkəz müxtəlif səviyyələrdə audit olundu və nəhayət bir neçə gün bundan öncə bu vacib prosedurlar uğurla başa çatdı.

Onu da qeyd edim ki, SOCAR yalnız əməyin mühafizəsi sahəsində deyil, həm də neft və qaz sənayesinin müxtəlif istiqamətləri üzrə peşə təlimləri keçirir və həmin təlimlər beynəlxalq sertifikatlar əsasında təşkil olunur. Artıq yüz mindən çox Azərbaycan vətəndaşı SOCAR-ın təşkil etdiyi peşə təlimlərini uğurla tamamlayıb”.

Xatırladaq ki, TTSİ 2016-cı ildən BOSİET üzrə akreditasiya olunaraq təlim kursu keçirirdi və 579 nəfər dinləyici bu təlimlərdə uğurla iştirak edərək OPITO-nun məlumat bazasına daxil edilib.

Qeyd edək ki, DİHM - təlim mərkəzi SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin 5 peşə və ixtisas istiqamətləri üzrə fəaliiyərt göstərən təlim mərkəzlərindən biridir. 2011-ci ildən SOCAR-ın strukturunda yaradılan TTSİ-nin əsas fəaliyyət istiqamətini təlim, tədris prosesində, həmçinin sertifikatlaşdırma sistemində yeniliklərin SOCAR-ın və eləcə də Azərbaycanda fəaliyyət göstərən digər neft şirkətlərində və sənaye müəssisələrində tətbiqini təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri