Apr
2021
18:12
280
35
3667
Virtual karabakh

Türkiyə Azərbaycan iqtisadiyyatına nə qədər pul qoyub?

2 Apr, 2021
18:12
3667

Türkiyə Azərbaycan iqtisadiyyatına nə qədər pul qoyub?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə investorları Azərbaycana 13 milyard ABŞ dollarına yaxın sərmayə yatırıb”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda baş tutan Türkiyə-Azərbaycan işgüzar görüşü zamanı məlumat verib.

O bildirib ki, Azərbaycanda qeyri-neft sektoruna investisiya yatıranlar arasında Türkiyə birinci yerdədir:

“Bu göstəricinin artırılması üçün müvafiq tədbirlərin görülməsi, o cümlədən Azərbaycandakı investisiya imkanlarını Türkiyə iş adamlarına və Türkiyədə olan investisiya imkanlarını Azərbaycan iş adamlarına tanıdılması məqsədilə 2021-ci ildə virtual formatda “Road show” tədbirinin keçirilməsi barədə hörmətli həmkarım Ruhsar xanımla (Türkiyənin İqtisadiyyat naziri) razılığa gəlmişik”.

Nazir qeyd edib ki, Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə də məhz Türkiyədir:

“Azərbaycanın təşəbbüskarı olduğu bütün layihələrə Türkiyədə yatırılan investisiyaların ümumi həcmi 19 milyard dollara yaxınlaşıb”.

Azərbaycanın ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması haqqında sənədi Türkiyə ilə imzaladığını deyən İqtisadiyyat naziri bu amilin iş adamlarının qarşılıqlı səfərlərini asanlaşdırmaqla yanaşı, turizm və ticarət əməkdaşlığına da müsbət təsir göstərəcəyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri