20 
Okt
2014
14:58
100
13
3080
Virtual karabakh

Bakı Metropolitenində fransız qatarları işləyəcək

20 Okt, 2014
14:58
3080

Bakı Metropolitenində fransız qatarları işləyəcək

Qatarlar ventilyasiya, havalandırma və kondisioner sistemilə təchiz olunacaq.

Metropolitenə yeni qatarlar gətiriləcək. Artıq bununla bağlı Fransanın Alstom şirkətilə müqavilə imzalanıb.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O, bildirib ki, Bənövşəyi xəttin ilk stansiyaları olacaq “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının platformaları 7 vaqon üçün nəzərdə tutulsa da, ilk etapda 5 vaqonluq qatarlardan istifadə olunacaq.

“Hər biri 5 vaqondan ibarət 3 qatardan, yəni ümumilikdə 15 vaqondan istifadə edilməsi nəzərdə tutulub. Qatarlar müasir standartlara cavab verən, güclü ventilyasiya, havalandırma, kondisioner sistemilə təchiz olunacaq. Həm görünüşü, həm də rahatlığı və təhlükəsizliyi baxımından müasir tələblərə cavab verən vaqonlar olacaq. 12 may 2014-cü il tarixində Bakıda keçirilən Fransa-Azərbaycan biznes forumunda Fransanın Alstom şirkətilə bu barədə anlaşma memorandumu imzalanmışdı. Böyük ehtimalla yeni vaqonlar da həmin şirkətdən alınacaq”,- deyə QSC rəsmisi bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri